İqtisadiyyat

Bərdə-Ağdam dəmir yolu xəttində işlər nə yerdədir? – FOTO

Sharing is caring!


Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, uzunluğu 47,1 kilometr olan yolun 90 faiz layihələndirilməsi yerinə yetirilib.

Uzunölçülü relslər 100 faiz quraşdırılıb, 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan ikisi müxtəlif ölçülü körpülərdir.

Ümumilikdə tikinti işlərinin 70%-i tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir