Cəmiyyət

Sükan arxasında huşunu itirdi, digər sürücü həyatını təhlükəyə ataraq onu xilas etdi – VİDEO

Sharing is caring!

Bakıda aeroport şosesində hərəkətdə olan nəqliyyat vasitələrindən birinin sürücüsü huşunu itirib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan kadrlardan görünür ki, sürücülərdən biri ötmə əməliyyatı edərkən digər avtomobil sürücüsünün sükan arxasında huşunu itirdiyini görüb.

Sürücü dərhal onun avtomobilinin qarşısına keçib və avtomobili təhlükəsiz dayandıra bilib.

Daha sonra sürücüyə ilkin yardım göstərildiyi bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir