İqtisadiyyat

Azərbaycanda bank olmayan kredit təşkilatlarına kredit kartı buraxmaq səlahiyyəti verilib

Sharing is caring!


Azərbaycanda bank olmayan kredit təşkilatlarının kredit kartlarının emissiyası qaydası müəyyən olunub.

Bununla bağlı Prezident İlham Əliyevin “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanununun tətbiqi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 830 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında qeyd olunub.

President.az-ın xəbərinə görə, sənəddə deyilir:

“Müəyyən edilsin ki:

1.1. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.3-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;

3.1.2. həmin Qanunun 15.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını;

3.2. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 830 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 451) 3-cü hissəsi ləğv edilsin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir