İqtisadiyyat

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? – AÇIQLAMA + FOTO

Sharing is caring!


“Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Bankda bunu yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildiriblər”.

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputatın sözlərinə görə, inflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir:

“İyun ayında əvvəlki aya nəzərən 0,9%-lik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır. Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq. İdxal inflyasiyasının təsirləri azalsa da, yenə də strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan illik inflyasiyanın iyunda 10,6% təşkil etməsi nə arxayınlıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək”.

“Uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur. Faiz dəhlizinin yuxarı və aşağı hədlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da, Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir