Dünya

Səudiyyə Ərəbistanı futbolunun ən bahalı transferi reallaşdı – FOTO

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ölkə futbolunun ən bahalı transferini reallaşdırıb.

Klub Rusiya “Zenit”indən Malkomu heyətinə qatıb. Braziliyalı vingerlə dördillik müqavilə imzalanıb.

“Əl-Hilal” bu keçid üçün Sankt-Peterburq təmsilçisinə 60 milyon avro ödəyib. Bu, Səudiyyə Ərəbistanı klublarının ən bahalı transferi olub. “Əl-Hilal” daha əvvəl “Vulverhempton”dan Ruben Neveşi 55 milyon avroya heyətinə qatıb.

Digər Səudiyyə Ərəbistanı klubu “Əl-İttifaq” isə Fransa “Lion”undan Musa Dembeleni heyətinə qatıb. İmzalanan ikiillik müqavilə sayəsində mərkəz hücumçusu ərəblərə pulsuz başa gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir