İqtisadiyyat

İndiyədək sənaye zonaları üzrə 131 sahibkarlıq subyektinə rezident statusu verilib – FOTO

Sharing is caring!


“İndiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabındakı paylaşımında qeyd edib.

“Sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya artıq yatırılıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 616 milyon manat investisiyanın yatırılması və 4 800-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur”, – deyə nazir əlavə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir