Dünya

Yaponiya Rusiyaya oyuncaqlar və dron hissələrinin ixracını qadağan edəcək

Sharing is caring!


Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətə görə Rusiyaya qarşı ixrac sanksiyalarını genişləndirib.

Bu barədə ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Yenilənmiş siyahıya aviasiya, kosmik sənaye, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı, polad və alüminium məhsulları, optik lif, fotoqrafiya avadanlıqları, təkərli oyuncaqlar və s. əlavə edilib.

Qeyd olunur ki, tədbirlər aprelin 7-dən qüvvəyə minəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir