İqtisadiyyat

SOCAR ilə SDU nümayəndələri arasında görüş keçirilib – FOTO

Sharing is caring!


19 iyul 2023-cü il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə SDU nümayəndələri arasında görüş keçirilib.

Bu barədə SOCAR məlumat yayıb.

Görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, eyni zamanda, cari ilin aprel ayında SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icrasına dair müzakirələr aparılıb

Daha sonra SOCAR-ın törəmə müəssisələri olan “Petkim” neft-kimya kompleksində və STAR neft emalı zavodunda, habelə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Yay təcrübə proqramı”na seçilən tələbələrə təbrik məktubları təqdim edilib.

Görüşdə, həmçinin istehsalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Sonda SDU-nun tədris poliqonunda təhsil müddətində əldə olunan nəzəri biliklərlə yanaşı, sənayedə tətbiq edilən avadanlıqlarla praktiki tanışlıq məqsədilə “SOCAR Downstream Management” MMC tərəfindən hədiyyə edilən avadanlıqlara baxış keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir