Dünya

Badasyan: “Ermənistanın Türkiyə ilə sərhədindəki keçid məntəqəsində işlər yaxın vaxtlarda başa çatacaq”

Sharing is caring!


Ermənistan tərəfi Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsində aktiv tikinti işləri aparır.

Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin başçısı Rustam Badasyan hökumətin iclasından sonra jurnalistlərə müsahibəsində bildirib.

“Yaxın vaxtlarda tikinti işləri başa çatacaq. Hazırda konkret tarixlər barədə heç nə deyə bilmərəm”, – deyə o əlavə edib.

Badasyan Ermənistan tərəfində işlər başa çatdıqdan sonra sərhədin açılıb-açılmayacağı ilə bağlı hər hansı bir açıqlama verməyib.

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən bağlıdır. Lakin bu il ölkələr arasında razılıq əldə olunub ki, buna da əsasən, Ermənistan-Türkiyə sərhədinin bu il üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılması planlaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir