İqtisadiyyat

“Fitch”in risk rəhbəri: Aİ ilə artan ticarət əlaqələri Azərbaycana sərmayə qoyuşuluna təkan verəcək

Sharing is caring!


“Fitch Solutions” neft qiymətlərində aşağı tendensiyanın davam etməsi fonunda Azərbaycanın iqtisadi artım proqnozunu yenidən qiymətləndirəcək.

Bunu APA-nın sorğusuna cavab olaraq “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin Avropa ölkələri üzrə risk rəhbəri Anvita Basu deyib.

O bildirib ki, Azərbaycan iqtisadiyyatı neftlə əlaqəli olduğu üçün qiymətlərdə azalma “Fitch Solutions”un ölkənin iqtisadi artımla bağlı proqnozuna təsir edəcək.

Qurumun Azərbaycan üçün hazırkı inkişaf proqnozu ölkənin Avropa üçün etibarlı alternativ enerji mənbəyinə çevrilməsi fonunda Avropa İttifaqı ilə artan ticarət əlaqələri ilə bağlıdır. Tələbin nisbətən dəyişkən olması, Avropanın zəif inkişaf perspektivi enerjiyə artan ehtiyaca əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Bu isə, Azərbaycana sərmayə qoyuluşuna təkan verəcək, inflyasiyanın tədricən aşağı düşməsinə şərait yaradacaq, eyni zamanda ölkədə iqtisadi artımı dəstəkləyəcək.

“Beynəlxalq Valyuta Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankı 2023-cü il üçün Azərbaycanda ÜDM-in artımı ilə bağlı proqnozunu 2-2,5% civarında müəyyən edib. “Fitch Solutions” da proqnozunu həmin səviyyələrə endirməyə çalışacaq”, – deyə Anvita Basu əlavə edib.

Qeyd edək ki, “Fitch Solutions”un Azərbaycanda ÜDM-in artımı ilə bağlı cari proqnozu 3,53% təşkil edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir