Dünya

Belarusdakı ukraynalı uşaqlar üçün “düşərgədən” görüntülər yayıldı: “Zelenski ölsün, Putin yaşasın…” – VİDEO

Sharing is caring!


Ukraynalı uşaqların öz ölkələrindən deportasiya edilməsində Belarusun iştirakına sübut olaraq “Dubrava” düşərgəsindən videogörüntülər Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib.

“The Telegraph” nəşri tərəfindən yayımlanan videoda Belarus müğənniləri Aleksandra Qruzdeva  və Valentina Qruzdeva Minsk vilayətindəki düşərgədən olan uşaqlara müraciət edirlər.

“Biz sülh içində yaşayaq, Bayden ölsün, Allah məni bağışlasın, Zelenski də ölsün. Putin yaşasın və bütün Ukraynanı nəzarətinə götürsün”, – deyə onlar uşaqlara müraciət ediblər.

Belarus müxalifətinin “Milli Antiböhran İdarəçiliyi” qrupunun hesablamalarına görə, ötən ilin sentyabrından Belarusdakı ən azı dörd düşərgəyə təxminən 2 min 150 ukraynalı uşaq gətirilib. Onların fikrincə, bu ilin payızına qədər uşaqların sayı 3 min nəfərə çatacaq.

Uşaqlar “Ostroşitski qorodok” sanatoriyasına, “Zubrenok” milli uşaq təhsil-sağlamlıq mərkəzinə, “Belaruskali” dövlət şirkətinə məxsus olan “Dubrava” uşaq düşərgəsinə və “Zolotıye peski” sanatoriyasına yerləşdirilirlər.

Müxalifətçilər bildiriblər ki, Belarus Prezidenti Aleksandr Lukaşenko şəxsən bu proseslərin maliyyələşdirilməsinin təşkili ilə bağlı tapşırıqlar verib. Onlar məhkəməyə başqa materiallar da təqdim ediblər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir