İqtisadiyyat

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

Sharing is caring!


Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 milyon 514,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən “Trend”ə bildirilib ki, yüklərin 56,2 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 milyon 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5 milyon 211,8 min tonunu və ya 82,4 faizini tranzit yüklər təşkil edib. 2023-cü il iyul ayının 1-nə limanlarda qalan yüklərin həcmi 237,3 min ton olub.

Hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 10,5 min nəfər olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir