Siyasət

Prezidentin Ordubada təyin etdiyi icra başçısı: O, kafedra müdiridir – DOSYE

Sharing is caring!


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyin edilib.

Rəcəb Rəhimli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiridir.

O, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosentdir.

Rəcəb Rəhimli bakalavr təhsilini Türkiyənin Qazi Universitetinin İqtisadiyyat və idarəetmə elmləri fakültəsində alıb. O, bakalavr üzrə “Dövlət idarəçiliyi” ixtisasını bitirib.

Rəcəb Rəhimli magistratura təhsilini də eyni universitetdə həmin ixtisas üzrə bitirib.

O, Ankara Universitetinin Siyasət elmləri fakültəsində siyasət elmi və dövlət idarəçiliyi ixtisası üzrə doktorantura təhsili də alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir