İqtisadiyyat

Azərbaycanın I yarımildə qaytardığı borcun miqdarı açıqlanıb

Sharing is caring!


Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsi xərclərinin 9 718,8 milyon manatı və yaxud 69,1 %-i cari xərclər, 3 913,7 milyon manatı və yaxud 27,8 %-i əsaslı xərclər, 430,8 milyon manatı və yaxud 3,1 %-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 % çox, 13,9 % çox və 45,3 % azdır.

Yanvar-iyun aylarında dövlət borcuna xidmətlə bağlı xərclərin 352,7 milyon manatı xarici, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərcləri olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir