Dünya

İtaliyada minə yaxın reys təxirə salındı, yüz minlərlə sərnişin aeroportlarda qaldı – FOTO

Sharing is caring!


İtaliya hava limanlarında yerüstü personalın tətili minə yaxın həm daxili, həm də beynəlxalq reysin ləğvinə səbəb olub. Beləliklə, 250 mindən çox sərnişin zərər çəkib.

Etiraz nümayişinə səbəb sərnişinlərin daşınması və yoxlanılmasına cavabdeh olan işçilərin yeni kollektiv müqavilənin bağlanması və əməkhaqlarının artırılması tələbidir. Aksiyaya pilotların bir hissəsi də qoşulub.

Nəqliyyat naziri Matteo Salvini tətilçilərə müraciət edərək, onları milyonlarla digər işçi və turistlərə zərər verməməyə, sağlam düşüncə nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, bu, İtaliyada iyulun 13-də ümummilli dəmiryolu tətilindən sonra minlərlə insanı əhatə edən və ictimai nəqliyyatda problemlər yaradan ikinci tətildir.

Onu da demək yerinə düşər ki, tətillər İtaliyaya səyahət mövsümünün ən pik vaxtlarına salınıb.

Mənbə: Associated Press

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir