Cəmiyyət

Vətən müharibəsi qazisi qonşusunun anasını bıçaqladı

Sharing is caring!

Gəncədə qonşusuna xəsarət yetirən şəxs saxlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə dekabrın 27-si saat 11 radələrində baş verib.

Şəhər sakini 1990-cı il təvəllüdlü, Davud İsmayılov xuliqanlıq zəminində qonşusu Kamran Eminovu bıçaqla vurmaq istəyərkən zərbə orada olan Kamranın anasına dəyib. Əl nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya aparılıb.

D.İsmayılov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, D.İsmayılovun İkinci Qarabağ müharibəsinin qazisi olduğu bildirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir