İqtisadiyyat

Azərbaycan bu il 18 ölkəyə 8 milyard dollara yaxın dəyərdə neft ixrac edib – CƏDVƏL

Sharing is caring!


Bu ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 3 007 295,98 min ABŞ dolları dəyərində 4 910 025,26 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin dəyərinə görə – red.) ikinci yerdə İspaniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 644 665,26 min dollar dəyərində 1 017 351,02 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar-iyun aylarında bu ölkəyə 631 333,05 min dollar dəyərində 1 021 518,33 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə 7 803 144,3 min dollarlıq 12 818 606,52 ton neft ixrac edib.

Oxu.Az Azərbaycanın bu ilin yanvar-iyun aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

#

Ölkələr

Məbləğ, min $

Miqdar, ton

Cəmi

7 803 144.30

12 818 606.52

1

İtaliya

3 007 295.98

4 910 025.26

2

İspaniya

644 665.26

1 017 351.02

3

İsrail

631 333.05

1 021 518.33

4

Hindistan

610 361.61

1 027 221.27

5

Türkiyə

548 975.73

957 895.10

6

Çexiya

427 054.43

698 760.22

7

Almaniya

354 363.11

572 190.47

8

İrlandiya

316 188.04

542 186.26

9

Yunanıstan

240 897.54

387 156.76

10

Rumıniya

220 395.58

357 522.17

11

Xorvatiya

180 254.35

308 554.90

12

Avstriya

152 155.74

266 568.71

13

Fransa

118 639.77

199 006.72

14

İndoneziya

88 665.69

134 153.29

15

Sinqapur

87 786.40

138 338.45

16

Vyetnam

85 115.06

138 516.86

17

Portuqaliya

62 898.43

92 952.72

18

Tailand

26 098.53

48 688.02

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir