İqtisadiyyat

Prezident dövlət agentliyinə 6,4 milyon manat ayırdı

Sharing is caring!


Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı-Kəndəbil-Şıxbağı-Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

President.az xəbər verir ki, sərəncamda deyilir:

“Dörd min nəfər əhalinin yaşadığı dörd yaşayış məntəqəsini birləşdirən Ağabağı-Kəndəbil-Şıxbağı-Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılsın”.

Sənədə görə, maliyyələşməni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təmin edəcək. Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir