Cəmiyyət

Azərbaycanda su kəməri qəzalı vəziyyətdə: Tonlarla su israf olur – VİDEO

Sharing is caring!


Azərbaycanda su kəməri qəzalı vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Həmid Həmidov görüntülər paylaşıb. 

Bildirilib ki, sızma Oğuz-Qəbələ-Bakı su kəmərində baş verib və bir aydır ki, bu vəziyyətdədir.

Nəticədə tonlarla su israf olunur.

Məsələ barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. 

ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən xətt onların qurumuna məxsus deyil.

İlhamə Əbülfət 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir