İqtisadiyyat

Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında, qurumun 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Bunu AMB-nin sədri Taleh Kazımov “Twitter” hesabında bildirib.

“EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə EBRD-nin Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edildi, EBRD-nin Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. Eyni zamanda əməkdaşlığımızın cari vəziyyətini və perspektivlərini müzakirə etdik”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir