İqtisadiyyat

Lavrov Azərbaycandan keçən nəqliyyat dəhlizi barədə: “Şirkətlərin əlavə planları var”

Sharing is caring!


“Son maraqlı layihələr arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də var”.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirilən görüşdə deyib.

“Liderlərimiz bunu həm öz aralarında, həm də digər maraqlı tərəflərin iştirakı ilə müzakirə ediblər və onların sayı az deyil. Ona görə də ümid edirik ki, növbəti görüşdə bu və digər istiqamətlərdə gələcək işlər barədə razılaşmalar əldə olunacaq. Ticarətdə artım var, investisiyalar işləyir. Şirkətlərin də əlavə planları var. Ona görə də gəlin bu məsələlərlə bağlı fikir mübadiləsi aparaq”, – Lavrov təklif edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir