İqtisadiyyat

Hulusi Akar: “Taxıl dəhlizi” ilə bağlı sabitliyin saxlanması üçün danışıqlarımızı davam etdiririk”

Sharing is caring!


“Türkiyə dünyada həm Ukrayna, həm də Rusiya ilə danışa bilən yeganə ölkədir”.

Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Memarlar və Mühəndislər Qrupu tərəfindən təşkil olunan tədbirdə deyib.

Hulusi Akar Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu qlobal ərzaq böhranının həlli istiqamətində Türkiyənin səylərini vurğulayıb.

“Türkiyə dünyada həm Ukrayna, həm də Rusiya ilə danışa bilən yeganə ölkədir. Bunun həm regionda, həm də dünyada sülhün bərqərar olmasına nə qədər töhfə verdiyini hamı görməlidir. 22 iyul tarixində bağladığımız Qara dəniz “Taxıl sazişi” nəticəsində 30 milyon ton taxıl ehtiyacı olanlara nəql edildi. Bu gün İstanbulda Türkiyə, Rusiya, Ukrayna müdafiə nazirlərinin müavinləri və BMT rəsmilərinin görüşü başlayıb. Bu istiqamətdə işlərin dayanmaması və sabitliyin qorunub saxlanması üçün danışıqlarımızı davam etdiririk”, – deyə Hulusi Akar qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir