İqtisadiyyat

Azərbaycan və Türkiyə arasında iynəyarpaqlı oduncaqdan hazırlanan malların ticarəti güzəştli olub

Sharing is caring!


Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri haqqında” 17 noyabr 2017-ci il tarixli qərarına dəyişiklik edib.

Qurumdan verilən məlumata görə, qərar mövcud qanunvericiliyin 29 aprel 2023-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında Protokol”a uyğunlaşdırılması məqsədilə hazırlanıb.

İki ölkə arasında iynəyarpaqlı oduncaqlardan hazırlanan mallara güzəşt tətbiq edildiyindən “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir