İqtisadiyyat

Fuad Nağıyev Turizm İnformasiya Sisteminin xüsusiyyətlərini açıqladı

Sharing is caring!


“Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sisteminin təqdimatında çıxışı zamanı deyib.

Fuad Nağıyev bildirib ki, sistemin əsas məqsədi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir:

“Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Turizm Reyestri turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılmasına, emalına, axtarışına, təhlili və ötürülməsinə, həmin məlumatların monitorinqinə, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək”.

Qeyd edək ki, təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir