İqtisadiyyat

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Sharing is caring!


Avropa Mərkəzi Bankı uçot dərəcəsini, proqnozlaşdırıldığı kimi, 25 faiz bəndi artıraraq 3,25 faizə yüksəldib.

Baza və marjinal faiz dərəcələri də 0,25% artırılıb. Beləliklə, faiz dəhlizinin aşağı həddi 3,75%-ə, yuxarı həddi isə 4%-ə yüksəlib.

Xatırladaq ki, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi (FRS) may iclasının nəticələrinə əsasən, baza dərəcəsini 25 bənd artıraraq 5,00-5,25%-ə çatdırıb. 

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti isə uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib.

AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75%-dən 10%-ə çatdırılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir