İqtisadiyyat

Macarıstan səfiri: “Trans-Balkan kəməri Azərbaycandan qaz tədarükü üçün əlçatan olur”

Sharing is caring!


“Təbii qazın Ukrayna ərazisindən Rumıniya və Bolqarıstan vasitəsilə Türkiyəyə nəql olunduğu Trans-Balkan qaz kəmərinin birinci qolunun iki istiqamətini təmin etdikdən sonra Yunanıstandan və Türkiyədən təbii qazı Bolqarıstan şəbəkəsinə nəql etmək mümkün olub”.

Bu barədə “Trend”ə açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

“İnfrastrukturun bu cür inkişafı o deməkdir ki, Azərbaycandan daxil olan təbii qaz bizim regiona çatdırıla bilər. Aİ-yə üzv dövlətlər üçün təbii qaz mənbələrinin diversifikasiyasında bu marşrutun həlledici rolu həmçinin Avropa İttifaqının 2022-ci ilin mayında dərc olunmuş “REPowerEU” planında vurğulanıb”, – deyə səfir aydınlıq gətirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin hesabatına əsasən, 2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycan Avropaya (2,9 milyard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans-Anadolu qaz kəməri ilə Türkiyəyə 1,4 milyard kubmetr qaz ixrac olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir