İqtisadiyyat

AMB rəsmisi: “Manatın nominal dəyəri artırılmayacaq”

Sharing is caring!


“Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutanın – manatın – nominal dəyərinin artırılmasını, daha yüksək nominallı yeni əsginasların dövriyyəyə buraxılmasını planlaşdırmır”.

“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Aqşin Vəliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Sonuncu dəfə 44 günlük Vətən müharibəsindəki qələbəyə həsr olunmuş 500 manatlıq xatirə əsginasları məhdud sayda dövriyyəyə buraxılıb və daha yüksək nominallı yeni əsginasların dövriyyəyə buraxılması gözlənilmir. Buna ehtiyac da yoxdur”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir