İqtisadiyyat

Azərbaycan və Özbəkistan avtonəqliyyat vasitələrinin istehsalını genişləndirir – YENİLƏNİB + FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyi və Özbəkistanın “UzAvtoSanoat” SC arasında “Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu” imzalanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə nazir Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

“Sənədin icrası ölkəmizdə maşınqayırma sənayesinin inkişafına töhfə verəcək”, – deyə o qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, nazir “Uzavtosanoat”ın rəhbəri Uluqbek Rozukulovla görüşərək onunla Özbəkistanla avtomobil sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, Azərbaycan-Özbəkistan tərəfdaşlığının dinamik inkişaf etdiyi, investisiya əməkdaşlığının gücləndiyi vurğulanıb. Nazir qeyd edib ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr səmərəli nəticələr verir, işgüzar dialoq genişlənir, özəl sektorun fəallığı artır, yeni ideyalar və təşəbbüslər irəli sürülür. Rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes və investisiya mühiti qlobal çağırışlara uyğunlaşdırılır. Bununla yanaşı, ixtisaslı kadr ehtiyatı, institusional potensial, səmərəli enerji və nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış kimi imkanlar da birgə layihələrin icrasını asanlaşdırır.  

M.Cabbarov Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulacaq avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun əhəmiyyətini diqqətə çatdırıb, layihənin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və məşğulluğun təminatına təkan verəcəyini qeyd edib. U.Rozukulov Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən məmnunluğunu ifadə edib, Azərbaycanlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə  ölkəmizdə avtomobil sənayesinin inkişaf etdirilməsi, bu istiqamətdə Özbəkistanla əməkdaşlığın genişləndirilməsi və istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib.  

14:14

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin (“UzAuto”) rəhbəri ilə görüşüb.

O bu barədə öz “Facebook” profilində paylaşım edib.

Bildirilib ki, Uluqbek Rozukulov ilə iqtisadi tərəfdaşlığın ölkələrimizin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi üçün yaratdığı imkanlar, potensial layihələr və avtomobil sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir