Dünya

İranda hicaba görə gənc qızın ölümünə səbəb olan qadının kimliyi bilinib – FOTO

Sharing is caring!


Armita Gəravəndə hücum edən şəxsin kimliyi məlum olub. O, 37 yaşlı Bəharə Cəngrəvi adlı qadındır.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, Bəharə Cəngrəvi Tehranda dəfələrlə məcburi hicaba riayət etməyən qadınlarla münaqişə edərək onları həbs etdirib. Habelə bir sıra ticarət obyektlərin bağlanmasına da səbəb olub.

Qeyd edək ki, məktəbli qız Armita Gəravənd oktyabrın 1-də Tehran metrosunda məcburi hicaba görə hökumət muzdlularının zorakılığına məruz qalmışdı.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir