İqtisadiyyat

Azərbaycanda üç ayda dövlət xətti ilə 111 milyon manat ipoteka krediti verilib

Sharing is caring!


Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 111 milyon manat kredit verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 30% artaraq 96,5 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100% azalıb, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 21,9 milyon manata düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir