İqtisadiyyat

Türkiyə və Bolqarıstan Azərbaycandan təbii qaz nəqlinin həcmini artıran sazişlər imzalayacaq

Sharing is caring!


Türkiyə və Bolqarıstan aprelin sonunda Macarıstan, Rumıniya və Slovakiya ilə Azərbaycandan Avropaya təbii qaz nəqlinin həcmini artıracaq sazişlər imzalamağı planlaşdırır.

Bunu Bolqarıstan Milli Televiziyasında çıxışı zamanı ölkənin energetika naziri Rosen Xristov deyib.

Xristov əlavə edib ki, gələn il ölkəsi Azərbaycan təbii qazını isə Bolqarıstan-Yunanıstan sistemlərarası qaz kəməri vasitəsilə qəbul edə biləcək.

Hazırda Bolqarıstan öz tələbatının üçdə birinə qədərini Azərbaycandan gələn boru kəməri qazı hesabına ödəyir. O, tutumu ildə 3 milyard kubmetr olan Yunanıstan-Bolqarıstan interkonnektoru ilə tədarük olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir