İqtisadiyyat

Azərbaycanla Qazaxıstanın imzaladığı müqavilələrin ümumi dəyəri açıqlanıb

Sharing is caring!


“Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının Bakıda keçirilən iclasının yekunlarına dair iki ölkə arasında imzalanmış müqavilələrin ümumi dəyəri 52 milyon ABŞ dolları təşkil edir”. 

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirib. 

“Yaxın iki gündə bu rəqəmin artacağını gözləyirik”, – deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Bakıda Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, həmçinin akkumulyatorlar, transformatorlar, qida və qənnadı məmulatlarının tədarükünə dair müqavilələr imzalanıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir