Dünya

İƏT İsveçlə əlaqələrinə yenidən baxacaq

Sharing is caring!


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) katibliyi Qurani-Kərimin təhqir edilməsi halları ilə əlaqədar İsveçin təşkilatdakı xüsusi nümayəndəsinin statusunun dayandırılması barədə qərar qəbul edib.

Müvafiq bəyanat bazar günü təşkilatın saytında dərc olunub.

“İƏT Katibliyi İsveçin təşkilatdakı xüsusi nümayəndəsinin statusunun dayandırılması ilə bağlı qərarı barədə Stokholm hökumətini məlumatlandırıb”, – sənəddə deyilir.

Qeyd olunur ki, İƏT-in icraedici orqanı növbədənkənar iclasdan sonra onun baş katibi Hüseyn Brahim Tahaya “xüsusi nümayəndənin statusunun dayandırılması da daxil olmaqla, Qurani-Kərimin və digər islami dəyərlərin təhqir olunduğu istənilən ölkə ilə katibliyi əlaqələndirən rəsmi çərçivələrə yenidən baxılması üçün mümkün addımları nəzərdən keçirməyi” tövsiyə edib.

Bildirilir ki, İƏT-in baş katibi bəzi üzv dövlətlərin İslamın müqəddəs kitabına qarşı təkrar təcavüz hallarına etiraz olaraq gördüyü tədbirləri alqışlayıb. O, təşkilat ölkələrini İsveç hakimiyyətinin hərəkətlərindən narazılıq nümayiş etdirmək üçün məqsədəuyğun hesab etdikləri tədbirləri görməyə çağırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir