İqtisadiyyat

Onlayn işləyənlərdən vergi tutulmaması təklif edilib – FOTO

Sharing is caring!

“Mən azərbaycanlıların onlayn işlərdə işləyib gəlir əldə etməsinə qarşı deyiləm. Əksinə, bu, stimullaşdırılmalıdır. Ancaq bizim qanunvericiliyə görə, həmin şəxslərin bank hesabına gələn məbləğ gəlir və mənfəət vergisinə cəlb olunur”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Avropa ölkələrinin çoxunda onlayn gəlirlər vergidən azaddır:

“Bu ölkələrdə əgər vətəndaş ölkəsini tərk etmirsə, öz əməyini xaricə satıb qazandığı gəlirləri ölkəsinə gətirirsə, 10 il müddətinə vergilərdən azad olunur. Düşünürəm ki, bu məsələlərdə biz də insanlarımızı motivasiya etməliyik. Bilməliyik ki, o gəlirlərin ölkəmizə gəlməsi daha önəmlidir, nəinki o gəlirlərdən tutulan vergi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir