İqtisadiyyat

Energetika məsələləri üzrə komissar: “Rəsmi Bakı elektrikin alınması üçün tələb olunan qazı ixraca yönəldəcək”

Sharing is caring!

“Avropa İttifaqı və Türkiyə Azərbaycan qazının idxalçılarıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

K.Simsonun sözlərinə görə, hər iki tərəfi birləşdirən maraqlar üst-üstə düşür:

“Avropada sıxılmış qaz terminalları tikilir. Mən bildiyim qədər Türkiyədə də sıxılmış qaz terminallarının tikilməsi üçün imkanlar var. Amma hesab edirəm ki, bu imkanlar bizdə daha çoxdur. Bu terminalların olması əlavə qaz ehtiyatlarının formalaşmasına imkan yaradacaq.

Bildiyiniz kimi Azərbaycanın daxildə də qaz istehlakı var. Elektrik enerji istehsalının bərpa olunan enerji mənbələri hesabına edilməsi nəticəsində rəsmi Bakı elektrikin alınması üçün tələb olunan qazı ixraca yönəldəcək.

Biz bu əməkdaşlığı da prioritetləşdirəcəyik və eneji səmərliliyi məsələlərinə diqqət yetirəcəyik. Həmçinin havaya buraxılan metanın yığılması və onun istehlaka verilməsi istiqmaətində də səylər olduöunu bilirəm. Təbii ki, bu da regionun ümumi faydasına xidmət edir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir