İqtisadiyyat

Mikayıl Cabbarov: “Naxçıvanın Türkiyə və İranla sərhədinin olması əlavə imkanlar açır”

Sharing is caring!

“Naxçıvanın Türkiyə və İranla sərhədinin olması iş adamları, ticarətimiz və iqtisadiyyatımız üçün əlavə imkanlar açır və biz bu imkanlardan tam istifadə etmək niyyətindəyik”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İTV telekanalına müsahibəsində deyib.

Bununla yanaşı, onun sözlərinə görə, Naxçıvanın özünün daxili fəaliyyətindən əldə edilə bilən gəlirlilik səviyyəsi, yeni müəssisələrin yaradılması potensialı kifayət qədər yüksəkdir.

“Yanvar ayında Naxçıvanda fəaliyyət göstərən və yaşayan sahibkarların, eyni zamanda burada fəaliyyət göstərməkdə maraqlı olan iş adamlarının aiddiyyəti dövlət qurumları ilə birgə 1 günlük xüsusi tədbir keçiriləcək.

Bu tədbirdə həm mövcud imkanların diaqnostikası və təqdim edilməsi, həm sahibkarların qarşılaşdığı çətinliklər, həm mövcud imkanlar və gələcəkdə, xüsusən Naxçıvanda tətbiq edilə biləcək dəstək alətləri barədə fikir mübadiləsi aparılacaq. Bunun əsasında fəaliyyət planının həyata keçirilməsində maraqlıyıq”, – M.Cabbarov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir