İqtisadiyyat

Mikayıl Cabbarov: “Yeni iqtisadiyyat yeni alətlər tələb edir”

Sharing is caring!

“2023-cü ildə Biznesin İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, yeni alətlərin ərsəyə gətirilməsi qarşıya hədəf kimi qoyulub”.

“Report” xəbər verir ki, bu sözləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

“İndiyə qədər əsas alətimiz Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin tətbiq edilməsi olub. Sahibkarlığın İnkişafı Fondu minlərlə layihəni əhatə edir, lakin bir alətlə çalışması bu günün tələbinə uyğun deyil. Bu nöqteyi-nəzərdən biz Azərbaycan iqtisadiyyatının tələbinə uyğun olaraq bir sıra maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı gələn ilin birinci rübündə təqdimat keçirəcəyik”, – M.Cabbarov deyib.

Nazirin sözlərinə görə, fond vasitəsi ilə həm dəstək tədbirləri, yəni, qrant xarakteri daşıyan alətlərin, həm dayanıqlı – sahibkarların bazarda əldə edə bilmədiyi ancaq ehtiyac duyduğu alətlərin tətbiqi nəzərdə tutulur.

“Hesab edirəm ki, biznes mühiti sahəsində irəliləməkdə davam edirik. Son illər ərzində sahibkarlarla dövlət qurumları arasında dialoqun keyfiyyəti tamamilə yeni müstəviyə çıxıb. Yeni iqtisadiyyat yeni alətlər tələb edir”, – M.Cabbarov bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir