İqtisadiyyat

Avropa İttifaqı qazın qiymət tavanını rəsmən təsdiqlədi

Sharing is caring!

Avropa İttifaqı Şurası qazın dinamik qiymət tavanını 1 MVt/saat üçün 180 avro səviyyəsində təsdiqləyib.

Qərar 2023-cü il fevralın 15-də qüvvəyə minəcək və bir il davam edəcək.

Yeni tədbirlər enerji təchizatının təhlükəsizliyini və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, Aİ-də dünya bazar qiymətlərini əks etdirməyən qazın qiymətinin qalxması hallarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Xatırladaq ki, hələ dekabrın 19-da Aİ ölkələri qazın qiymətinin məhdudlaşdırılması məsələsində razılığa gəliblər.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir