Dünya

Qırmızı bülletenlə axtarılan türkiyəli narkotacir yaxalandı

Sharing is caring!

Qırmızı bülletenlə axtarılan narkotik qaçaqmalçısı Atilla Öndərin “dünya səyahəti” başa çatıb.

Onun İspaniyada ələ keçirildiyi bildirilib.

Öndərin Türkiyədə cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, narkotik və ya stimullaşdırıcı maddələrin dövriyyəsi, 6136 saylı Odlu Silahlar haqqında Qanuna qarşı çıxmaq, icazəsiz təhlükəli yüklərin saxlanması və ya dəyişdirilməsi və rəsmi sənədlərdə saxtakarlıq ittihamları ilə axtrışa verildiyi vurğulanıb.

Onun dekabrın 22-də İspaniyanın paytaxtı Madriddə İnterpolun yerli şöbəsi Avropol tərəfindən saxlanıldığı və tezliklə İstanbul Polis İdarəsinin əməkdaşlarına təhvil veriləcəyi bildirilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir