İqtisadiyyat

Xidmət iqtisadiyyatı məhsul iqtisadiyyatını qabaqlayır – AÇIQLAMA

Sharing is caring!

“Bu gün xidmət iqtisadiyyatıdır, 10 il əvvəl isə məhsul iqtisadiyyatı idi. Bu gün məhsullar, üzərinə xidmət qoymadan əhəmiyyət kəsb etmir. Piştaxtanın üzərinə qoyulan kənd təsərrüfatı məhsulu belə xidmət olmasa gözə görünmür”.

Oxu.Az xəbər verir ki, bunu SOCAR Təlim və İnkişaf şöbəsinin rəisi Tural Məmmədov növbəti “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, fermer məhsulu bizə nə qədər yaxşı təqdim etsə, biz o qədər də maraqlı olacağıq:

“Bunun özü xidmət iqtisadiyyatının önəmini göz önünə qoyur. Belə ki təşkilatlarda və inkişaf prosesinin mərkəzində birinci növbədə öyrənən (əməkdaş), ikinci növbədə isə onun rəhbəri – “pull” vs “push” approach” dayanır. “SMART Delegation” rəhbərin əsas inkişaf alətlərindən biri işçinin inkişaf təşəbbüsü almağa maraqlı olmasıdır. Rəhbərlər öz gündəlik fəaliyyətini işə rəhbərlik və işçiyə rəhbərlik kimi iki yerə ayırmalıdırlar. Bu, çox incə məqamdır. Çünki biz insan rəhbərliyinə diqqət ayırsaq, iş rəhbərliyinə ayrılan zamandan qazanmış oluruq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir