İqtisadiyyat

“Azərbaycan” İES üçün ölkəyə gətirilən avadanlıqlar gömrük rüsumundan azad edildi

Sharing is caring!

Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Azərenerji” ASC-nin təsdiqedici sənədlərinə əsasən, “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) 1 280 MVt əlavə generasiya gücünün yaradılması layihəsi çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və ehtiyat hissələri gömrük rüsumundan azad edilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 3 il müddətində qüvvədədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir