İqtisadiyyat

Hərracda iki faydalı qazıntı yatağı istifadəyə verilib

Sharing is caring!

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Qaradağda yerləşən “Gülbaxt” və “Vulkan” əhəngdaşı yataqlarının müvafiq olaraq 3,86 hektar və 9,6 hektar sahəsi istifadəyə verilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. 

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı və qalibləri ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac 6 yanvar 2023-cü il tarixində keçiriləcək. Hərraca “Babazənən-III” gilcə yatağının 8 LOT üzrə 53 hektar sahəsi çıxarılacaq.   

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir