Dünya

Avropa Parlamenti “Qolodomor” faciəsini Ukrayna xalqının soyqırımı kimi tanıyıb – FOTO

Sharing is caring!

Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş “Qolodomor” faciəsini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnaməni qəbul edib.

Bu barədə Avropa Parlamentinin saytı xəbər verib.

Məlumata görə, 507 deputat sənədin lehinə, 12 deputat əleyhinə səs verib.

Qəbul edilmiş qətnamədə Avropa Parlamentinin deputatları Ukrayna xalqı ilə həmrəy olduqlarını, Stalin rejiminin süni aclıq təşkil etmək məqsədilə məqsədyönlü hərəkətləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdiklərini, həmçinin milyonlarla ukraynalının ölümünə səbəb olan totalitar rejimin hərəkətlərini qəti şəkildə pislədiklərini bildiriblər.

Avropa Parlamenti həmçinin Rusiyanın Ukrayna xalqına qarşı yeni cinayətlərini, o cümlədən qışda Ukraynanın mülki enerji infrastrukturunun məqsədyönlü şəkildə məhv edilməsini pisləyir.

“Qətnamə hazırkı Rusiya rejimi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda, Ukraynanı bir milli dövlət kimi aradan qaldırmağa çalışmaqda, onun xalqının kimliyini və mədəniyyətini məhv etməkdə ittiham edir”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl, İrlandiya, Rumıniya, Moldova, Çexiya və Almaniya parlamentləri “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb. 2018-ci ildə ABŞ Senatı da Ukraynadakı “Qolodomor”u soyqırımı kimi tanıyan qətnaməni dəstəkləyib.

1932-1933-cü il hadisələri Ukraynada rəsmən soyqırımı kimi tanınır. Ukraynada “Qolodomor” qurbanlarının anım günü noyabrın dördüncü şənbə günü qeyd olunur.

Mənbə: Currenttime.tv

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir