İqtisadiyyat

Şəhid ailələri və qazilərin təhsilinə xərclənən məbləğ açıqlandı – FOTO

Sharing is caring!

“YAŞAT” Fondu tərəfindən bu günədək şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.

Bu barədə Oxu.Az-a “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, şəhidlərimizin ailə üzvlərinin və müharibə əlillərinin təhsilinə “YAŞAT” Fondunun dəstəyi davam edir.

Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən bu günədək təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 1 066 234.04 AZN vəsait xərclənib.

Şəhid ailəsi üzvlərinin 281, müharibə əlillərinin isə 57 müraciəti təmin edilib, bu istiqamət üzrə müxtəlif layihələr həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir