Cəmiyyət

Cənab Prezident İlham Əliyev 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış edib

Sharing is caring!

Cənab Prezident İlham Əliyev 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxış edib

COVID-19 pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının bütün ərazisində COVID-19 pandemiyası dövründə həyata keçirilmiş mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, habelə hökumət və aidiyyəti dövlət qurumlar tərəfindən pandemiya dövründə risklərin düzgün qiymətləndirilməsi nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlər yüksək qiymətləndirilmişdir.
Müsbət haldır ki, Azərbaycan Respublikasında bu sahədə vaxtında həyata keçirilmiş operativ tədbirlər nəticəsində əhalinin sosial və digər maraqlarının nəzərə alınması və onların təmin edilməsi üçün müvafiq addımların atılması barədə də tədbirlər həyata keçirilmişdir. O cümlədən qeyd etmək yerinə düşərdi ki, əhaliyə göstərilmiş maddi yardım, həmçinin vətəndaşların sağlamlıqlarının  qorunması üçün əlçatan və keyfiyyətli tibbi yardım göstərilmiş, bu məqsədlə yeni modul tipli xəstəxanalar tikilməklə istifadəyə verilmişdir.
Pandemiya dövründə həyata keçirilən bu məqsədyönlü tədbirlər sayəsində Azərbaycan digər ölkələrlə müqayisədə az itkilər verdi. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban xanımın pandemiya dövründə böyük fədakarlıq göstərərək insanların həm maddi, həm də mənəvi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində gördüyü işlər nəticəsində vətəndaşlarımız daim dövlətin qayğısını hiss etmişdir.

Rafiq Məmmədov-Zərdab şəhər sakini, təqaüdçü

Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi

1994-cü ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan edildi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarına başlanıldı. Azərbaycan ərazi bütövlüyünü sülh danışıqları ilə təmin etməyə çalışır, Ermənistan isə status-kvonu saxlamağa, danışıqları sonsuza qədər uzatmağa çalışırdı. Danışıqları uzatmaq üçün tez-tez təxribatlara əl atan Ermənistan dövləti həmişə Azərbaycanın sülhməramlı imicinə zərbə vurmaq və onu sülh danışıqlarını pozmaqda günahlandırmağa çalışıb. Təmas xətti boyunca mövqelərimizin atəşə tutulması, erməni rəhbərlərinin Şuşaya səfərləri və təxribatçı bəyanatları buna misaldır. Azərbaycan isə həmişə sülh danışıqlarına beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirmişdir.
2016-cı ilin aprelin 2-də ermənilərin genişmiqyaslı təxribatı, 2020-ci ilin iyun ayında Dağlıq Qarabağ münaqişəsinə aid olmayan Tovuz rayonu istiqamətində dövlət sərhədində törədilən təxribat və nəhayət 2020-ci ilin sentyabrın 27-dəki hücum əməliyyatı Ermənistanın sülh danışıqlarını kobudcasına pozması və beynəlxalq hüquqa hörmətsizliyi kimi qiymətləndirildi. Azərbaycan Ordusu bu təxribatların cavabını 44 günlük müharibədə şanlı qələbə ilə verdi. Qəhrəman Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qəbul etdiyi Qətnamələri yerinə yetirdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Bəhruz Mustafayev – Vətən müharibəsi iştirakçısı

Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır

Azərbaycanın 44 günlük şanlı qələbəsi işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə nəticələndi. Vaxtilə tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Zəngəzur  mahalı vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrimiz bərpa olunacaq. Zəngəzur dəhlizinin inşası nəinki Azərbaycanın, hətta regionun da geostrateji mövqeyində müsbət irəliləyişlər yaradacaq. Bu nəqliyyat dəhlizinin bərpası blokadaya alınmış Naxçıvanla Azərbaycanın quru əlaqələrinin bərpasına şərait yaradır. Naxçıvanın türk qapısı adlandırılması boş yerə söylənilməmişdir. Zəngəzur vasitəsilə Naxçıvandan keçməklə türk dünyası ölkələri arasında əlaqələr inkişaf edəcək. Bu dəhlizdə tək avtomobil yolu deyil, Naxçıvanla olan keçmiş dəmir yolu da bərpa olunacaq. Boru nəqliyyatı vasitəsilə neft və qazın Naxçıvandan keçməklə Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə Avropaya çatdırılması asanlaşacaq. Zəngəzur dəhlizi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Dəhliz vasitəsilə Naxçıvandan keçməklə orta Asiya və Avropa arasında əlaqələrin inkişaf etdirilməsi mühüm nəticələr verəcəkdir. Bu dəhliz tək Azərbaycan üçün deyil, Ermənistanın özü üçün də iqtisadi əhəmiyyətə malik ola bilər. Ermənistan düzgün siyasət yeritdiyi halda Türkiyə ilə əlaqələrinin qurulmasında da bu dəhliz mühüm əhəmiyyət daşıya bilər.

Şəhla Eminova-Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktor müavini

İşğaldan azad olunmuş ərazilər erməni faşizminin şahididirlər

Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Dünya erməni vəhşiliyinin ölçüyəgəlməz dərəcəyə yüksəlməsinin fərqindədir, amma çox təəssüflər olsun ki, yenə də ermənilərin bu vandalizm əməllərinə göz yummaqda davam edir. Bu günümüzün real mənzərəsi budur ki, Azərbaycan dövlətinin qətiyyəti, rəşadətli ordumuzun gücü sayəsində Azərbaycan 30 il o kor gözləri, kar qulaqları açdı, işğalçı Ermənistanı çökdürməklə ona havadarlıq edən dövlətlərə tarix, hüquq və hərb dərsi keçdik. Ermənilər işğaldan azad edilmiş ərazilərimizi tərk edərkən özləri ilə apara bilmədikləri hər şeyi yandırır, məhv edirdilər. Müharibənin davam etdiyi günlərdə də təqdim olunan videogörüntülərdən onların bizim tarixi torpaqlarımızda bütün tikililəri tamamilə dağıtdıqlarını görərkən, hər kəs onların vandalizm hərəkətlərini pisləməklə yanaşı, bir daha bu reallığın şahidi oldu ki, 90-cı illərin əvvəllərində ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyindən, idarəçilik təcrübələrinin yoxluğundan, ordumuzun zəifliyindən bəhrələnərək torpaqlarımızı işğal edən ermənilər elə ilk anlardan bu ərazilərin tarixi sahibinin Azərbaycan olduğunu bildikləri üçün orada tikinti deyil, dağıntı işləri həyata keçiriblər.
Dövlətimizin başçısı cənab İlham Əliyev bu faktı xüsusi qeyd etmişdir ki, Füzuli şəhərini işğaldan azad edəndə orada bayrağımızı ucaltmaq üçün bircə salamat bina tapa bilmədik. Bu gün Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi.
Düşünürük ki, nəhayət, dünyanın 30 ildən sonra açılan gözləri, eşidən qulaqları ədalət meyarının bundan sonra bütün dövlətlərə eyni mexanizm əsasında tətbiq olunmasına yardımçı olacaq. Quldur, cinayətkar və terrorist bir ölkə – Ermənistan beynəlxalq hüquq çərçivəsində layiq olduğu cəzanı alacaq.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Ölkəmizdə ilk günlərdən koronavirusun geniş yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər görülür

Azərbaycan elə ilk günlərdən virusun yayılmasının qarşısının alınması ilə bağlı çox effektiv tədbirlər həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi məhz koronavirusla effektiv mübarizəyə xidmət edir. Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verildi. Yeni laboratoriyalar formalaşdırıldı. Ölkədə mövcud olan müasir laboratoriyaların sayını artırmaqla, son bir neçə ay ərzində koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Bu gün adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən addımlar atıldı, modul tipli xəstəxanalar quruldu. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndirilməsinə şərait yaratdı. Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilmişdir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribat düşmən ölkənin acınacaqlı və biabırçı məğlubiyyəti ilə başa çatdı

Əsrlər boyu Azərbaycanın tarixi torpaqlarına göz dikən erməni millətçiləri fitnəkar siyasət yeridərək “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün tarixi torpaqlarımızı işğal etmiş, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirmişlər. Tək torpaqlarımıza deyil, milli-mənəvi sərvətlərimizə, musiqimizə, ədəbiyyatımıza, tarixi abidələrimizə göz dikərək, mənimsəmək, özününküləşdirmək istəmişlər. Şükürlər olsun ki, bu gün Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, xalqımızın əzmi və ordumuzun rəşadəti sayəsində düşmən məğlub edilmiş, tarixi ədalət bərpa olunmuşdur.
Erməni işğalçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə başladıqları gündən qadın və uşaqları fiziki, mənəvi, psixoloji işgəncələrə, qeyri-insani rəftara, sülh və insanlıq əleyhinə cinayətlərə məruz qoyublar. Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyib, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozub və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu davam etdirməklə, bu əraziləri daim işğalda saxlamaq istəyiblər.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə, Gəncə, Tərtər və digər rayon və şəhərləri raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. Lakin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə öz layiqli yerini göstərdi, onların işğal altında saxladıqları ərazilərimizi azad etməklə ərazi bütövlüyümüzü təmin etdi. Yaşasın Azərbaycan ordusu!

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir

Müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini də daha da möhkəmləndiriləcək. Bu gün Azərbaycan ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə uğurla addımlayır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən milli sosial rifah səviyyəsinin artması məqsədilə davamlı olaraq əhatəli dövlət proqramları hazırlanır və həyata keçirilir. Bu baxımdan yüksək iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Növbəti on il ərzində də ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcək. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Ölkə Prezidenti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər də məhz bu məqamların ön plana çəkilməsini və xüsusi diqqətə alınmasını nəzərdə tutur.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edib

Azərbaycan haqlı olaraq ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT TŞ-nin qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edir. Çünki bəzi hallarda BMT qətnamələrinin bir neçə gün ərzində icra edildiyi müşahidə olunub. Cənubi Qafqaz regionu üçün təhdid yaradan münaqişə vəziyyəti ilə bağlı BMT qətnamələrinin icrası üçün isə heç bir hüquqi prosedur həyata keçirilmədi. Beləliklə, həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı.
Ötən il həyata keçirilən əks hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalına son qoyulub. Erməni işğalı nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınıb. 1992-ci ildə Xocalıda qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini ermənilər tərəfindən qətlə yetirilib. XX əsrin ən böyük soyqırım cinayətlərindən olan Xocalı soyqırımı artıq 13 ölkə tərəfindən tanınıb.
Artıq işğal faktı geridə qalıb və Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır. Hazırda növbəti illər üçün sosial-iqtisadi inkişafla bağlı milli prioritetlər müəyyən olunub. Ölkəmiz Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizi üzərində iş gedir. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Azərbaycan Pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir

Dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. İlk günlərdən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ölkəmizdə olan laboratoriyalar moderinizə olundu. Digər bir müsbət məqam tibbi maska və digər qoruyucu vasitələrin təminatı ilə bağlıdır. Bildiyimiz kimi, ilk günlərdə tibbi maska, digər qoruyucu vasitələr ölkəmizə xaricdən gətirilirdi. Amma qısa vaxt ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maska, digər qoruyucu vasitələr istehsal edən müəssisələrin açılışı oldu.
Aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü dərin narahatlıq doğurur. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcək. Bununla əlaqədar Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Bütün dünyanın koronavirus bəlası ilə üzləşdiyi bir vaxtda Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizdə öz müsbət nəticəsini verməkdədir. Bu çətin günlərdə bir daha sübut olundu ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşı dayanır. Prezidentimiz vətəndaşlarımızın sağlamlığının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm qərarlar verir. Biz nadir ölkələrdənik ki, pandemiya ilə mübarizə tədbirlərinə gecikmədən başladıq. Bunun nəticəsidir ki, bir sıra inkişaf etmiş Avropa ölkələrindən, həmçinin qonşu dövlətlərdən fərqli olaraq respublikamızda bu xəstəlik geniş yayılmayıb. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik.
Dövlətimizin bu çətin sınaqdan da uğurla çıxacağına əminik. Vətəndaşlarımız ölkə rəhbərliyinin siyasətinə inanır və dəstəkləyirlər.

Könül Rəhimova -Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

COVİD-19 PANDEMİYASI İLƏ MÜBARİZƏDƏ DÖVLƏTİN BÜTÜN POTENSİALI SƏFƏRBƏR OLMUŞDUR

Koronavirus pandemiyası çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Lakin sevindirici haldır ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. İnfeksiyaya yoluxma faktı qeydə alınan ilk gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq şəraitində əhalinin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atıb. Başqa bir məqam isə sosial-iqtisadi sahədə atılan addımlarla bağlıdır. Belə ki, Azərbaycanda xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Görülən bütün tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” fikrinin növbəti bariz təzahürüdür.
Pandemiya dövründə atılan addımlar bir daha sübut etdi ki, Azərbaycan Prezidenti və dövləti hər zaman vətəndaşının yanındadır.

Xəyalə Veyisova – YAP Zərdab rayon təşkilatı Qadınlar şurasının sədri

Bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasəti dünyanın dayanıqlı inkişafı üçün təhdidlər yaradır

Demokratiya və insan haqları böyük dövlətlərin əlində təzyiq vasitəsinə çevrilib. Müasir dövrdə dünyada ən problemli mövzulardan biri ikili standartlar məsələsidir. Bu mövzu o qədər aktuallaşıb ki, artıq dünyanın istənilən ölkəsində bununla bağlı müzakirələr gedir. Böyük dövlətlərin kiçiklərə təzyiq etməsi, öz maraqlarını təmin etmələri üçün alətə çevrilib. Kiçik ölkələrə demokratiya, insan hüquqları dərsi keçən ABŞ-dakı son hadisələr, irqçilik, polisin zənci əhaliyə münasibəti, etirazların vəhşiliklə yatırılması göstərdi ki, əslində bu ölkələrin demokratikləşməyə, insan hüquqlarının qorunması sahəsində islahatlar aparmalarına ehtiyac var.
Dünya  arenasında baş verən son hadisələr bir daha göstərir ki, kiçik dövlətlər, bacarıqlı, uzaqgörən lideri olmayan ölkələr həmişə böyük dövlətlərin maraqlarına qurban gedəcəklər.
Bu gün Azərbaycanla bağlı münasibətlərini açıqlayan, özünü demokratiya müdafiəçisi elan edən bəzi ölkələr və onların əlaltıları nədənsə həqiqətləri görməzlikdən gəlir. Bütün bunlar həmin ölkələrin tamamilə haqsız, ədalətsiz mövqeyini üzə çıxarır. Azərbaycan uzun müddətdir ki, bu münasibəti özünə qarşı hiss edir, görür. Bu gün qazandığımız qələbə ilə biz hər şeyi dünyaya sübut etdik. Bizim yolumuz haqq yolu ,mövqeyimiz ədalətlidir. Uzun illərdir bəzi dövlətlər tərəfindən Azərbaycana göstərilən birtərəfli münasibət qərəzlilik və ikili standart nümunəsidir.
Beynəlxalq arenada baş verən siyasi proseslər Azərbaycan rəhbərliyinin nə qədər düşünülmüş, dəqiqliklə hesablanmış siyasət həyata keçirdiyini sübut edir. Bütün xarici təzyiqlərə və müxtəlif çirkin cəhdlərə baxmayaraq Azərbaycan öz müstəqil siyasətindən imtina etmir və məhz buna görə də daim regionun digər ölkələrindən fərqlənir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi

2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Belə ki, 2020-ci ilin sentyabr ayının 27-də yenidən hərbi təxribatlara əl atan Ermənistana Azərbaycan xalqı layiqli cavab verdi. Xalqımız öz Prezidentinin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurmağa başladı. Prezident-Xalq-Ordu birləşməsi 30 illik işğala 44 günlük Vətən müharibəsinin başlanması ilə son qoydu.
Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bu ötən illər ərzində bir addım da geri çəkilmədi. Möhtərəm Prezidentimiz İlham Əliyevin son 17 ildə həyata keçirdiyi düzgün daxili və xarici siyasət nəticəsində düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu.
Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən qarşısında sipərə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Dünya Azərbaycan ordusunun gücünü döyüş meydanında gördü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi. 44 gün davam edən müharibə zamanı Prezident İlham Əliyev hər dəfə yeni kənd və şəhərlərimizin işğaldan azad olunması xəbərini xalqa çatdıranda bu, insanlarda qələbəyə böyük ümid yaradırdı. Hətta azad olunmuş ərazilərdə bütün infrastrukturun dağıdılması belə xalqımızın qələbə əzminə təsir etmədi, indi onlar səbirsizliklə doğma torpağa qayıdacaqları günü gözləyirlər. Prezident İlham Əliyev həmişə deyirdi ki, o, nəyi nə vaxt edəcəyini yaxşı bilir. Bu gün döyüş meydanında baş verənlər Azərbaycan Prezidentinin uzaqgörənliyini, onun hadisələrə fərqli yanaşma bacarığını ortaya qoydu. Azərbaycan 30 ildir məruz qaldığı təcavüzü aradan qaldırdı və döyüş meydanında qalib gəldi.
Ermənistan anladı ki, Müstəqillik tarixi dövründə inanılmaz dərəcədə güclənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

Nahid Nuriyev – fəal gənc
XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir