İqtisadiyyat

Orxan Məmmədov: “KOBİA Qarabağda əlaqələndirmə işləri də aparır”

Sharing is caring!

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mandatı çərçivəsində Qarabağda zəruri biznes infrastrukturunun yaradılması məqsədilə əlaqələndirmə işləri də aparır”.

Oxu.Az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, azad edilmiş bölgələrimizdə zəruri ehtiyacların ödənilməsi ilə bağlı KOBİA-nın təşkilatçılığı ilə bir qrup sahibkarlarla Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarına səfərlər təşkil edilib, nəticə olaraq bir sıra ərazilərdə biznes və ictimai xidmət obyektləri istifadəyə verilib:

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi isə türk qardaşlarımız ilə birgə işbirliyinin uğurlu nəticəsidir.

Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər. 

O qeyd edib ki, xarici tərəfdaşlar ilə birgə Qarabağda biznes layihələrinin icrasi üçün digər təşkilati-hüquqi modeli kimi KOB klasterlərinin yaradılmasını qeyd etmək olar:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və KOB klasterin iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Qarabağ bölgəsində iqtisadiyyatın ənənəvi sahələri və digər potensial sektorlar üzrə klasterlərin formalaşdırılması daha intensiv və dayanıqlı iqtisadi inkişafa və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, eləcə də yüksək əlavə dəyərin yaradılmasına təkan vermiş olacaq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir