İqtisadiyyat

Avronun ucuzlaşmasının ölkəmizə nə kimi təsiri var?

Sharing is caring!

Pərviz Heydərov yazır…

Avropanın ölkələrinin ümumi pul vahidi olan avro dəyər itirməkdə davam edir. Cari həftənin əvvəlindən 1 avro son 20 il ərzində ilk dəfə olaraq 0.99 ABŞ dollarına mübadilə olunmağa başlayıb.

Bu, əsasən, Rusiyadan qaz təchizatı məsələsi ilə əlaqələndirilsə də, səbəb təkcə bundan ibarət deyil. Ümumiyyətlə, Avropa Mərkəzi Bankının tədbirləri yetərli sayılmır. Bu da onu göstərir ki, problemin kökü bir çox amillərlə bağlıdır.

Odur ki, sözügedən ölkələrlə qarşılıqlı iqtisadi və ticarət əlaqələr quran hər bir ölkə bu məsələni diqqət mərkəzində saxlanılmalıdır. Ona görə ki, iqtisadi və ticari əlaqələr qurduğun ölkələrin pul vahidi ucuzlaşarkən bir sıra ciddi təsirlər də ortaya çıxa bilir.

Bəs, bunun ölkəmizə nə kimi təsirləri var?

Azərbaycan manatının dəyəri isə neftin dünya bazar qiymətlərinə bağlıdır. Neft isə dünyada əsasən ABŞ valyutası ilə alınıb-satılır.

Odur ki, gəlirlərimiz də əsasən ABŞ dollarında təşəkkül tapır. Ona görə də manatımızın məzənnəsi bilavasitə ABŞ valyutasına bağlıdır. Digər valyutalar, eləcə də avro bunun əsasında qarşılıq tapır.

Avronun ümumən dəyər itirməsinin səbəbləri aydındır. Sözügedən pul vahidinin tədavüldə olduğu zonada yüksək inflyasiya hökm sürür. Belə ki, bu ilin avqust ayında inflyasiya rəqəmlərin özünün tarixi maksimumuna, başqa sözlə 9,1 faiz səviyyəsinə çatmışdı.

Bir ay öncə, yəni iyul ayında isə 8,9 faiz idi. Avropa Mərkəzi Bankı isə 2 faiz inflyasiya proqnozlaşdırmışdı. Real rəqəm isə bundan 4,5 dəfə çoxdur.

İnflyasiya, enerjidaşıyıcılarının qiymətlərinə görə yüksəlir. Enerjidaşıyıcıları sahəsində qiymətlər 38,3 faiz qalxıb. Bütün bunlar təkcə, Rusiya-Ukrayna müharibəsinə görə deyil, həm də daşımalar üzrə zəncirin pandemiyadan əvvəlki vəziyyətə (2020-ci ildəki vəziyyətə) və səviyyəyə hələ də qayıtmaması ilə izah olunur.

Avrozonada qiymətlər keçən ildən bahalaşmağa başlayıb.

Avronun ucuzlaşmasının Azərbaycana təsirinə gəldikdə isə, qeyd etdiyimiz kimi, biz ABŞ dollarına bağlıyıq, dövlət gəlirlərimiz isə dollarladır.

Avro ABŞ dollarına görə dəyər itirirsə, manatın dollara münasibətdə məzənnəsində heç bir dəyişiklik baş vermədiyi halda təbii ki, bu, bizim pul vahidinə əsasən də baş verir.

Ancaq manat sərbəst dönərli valyuta deyil, məzənnəsi və dəyəri ABŞ dollarına bağlıdır, ona görə ki, neftimizi dollara satırıq.

Odur ki, bu ucuzlaşma, yəni ki, avronun dollara əsasən manat qarşısında da dəyər itirməsi əslində heç bir əhəmiyyət kəsb etmir. O vaxt müsbət əhəmiyyət kəsb edər bilərdi ki, avrozonadan gətirdiyimiz mallar ucuz başa gəlsin. Bu isə belə deyil, ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi, Avropada inflyasiya hökm sürür.

Avrozonadan mal və məhsul idxal etməyimiz necə stimulverici xarakter daşıya bilər ki, hər şey bahadır?

Ərzaq inflyasiyası 10,5 faizdir, digər mal və xidmətlər 5 və 4 faizdir. Odur ki, avronun ucuzlaşması bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Yəni, nə istisi var, nə soyuğu… Yeganə olaraq, ölkəmizin maliyyə ehtiyatlarının avro ilə olan hissəsinə görə, dəyər itiririk ki, nə qədər, avro ucuzlaşacaqsa, bu da davam edəcək.

Bəs, avro nə vaxtadək ucuzlaşacaq ?

Qeyd etdiyimiz kimi, Avropa Mərkəzi Bankının tədbirləri heç bir effekt vermir. Ümumiyyətlə, qərarların operativ qəbulunda və vəziyyətə dərhal müdaxilədə ABŞ-ın maliyyə tənzimləyiciləri daha effektiv addımlar atır. Bu isə ABŞ valyutasını əlavə olaraq möhkəmləndirir.

Odur ki, Avropada birinci növbədə inflyasiya cilovlanmalıdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir