İdman

“Frayburq”un aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxacaq

Sharing is caring!

“Frayburq”un futbolçusu Roland Şallai Almaniyada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında oynaya bilməyəcək.

“Report”un məlumatına görə, bu barədə macarıstanlı yarımmüdafiəçinin atası Tibor Sallai “Nemzetisport” nəşrinə açıqlama verib.

O bildirib ki, 24 yaşlı oyunçu Bundesliqada V turun “Bayer”lə səfər qarşılaşmasında (3:2) sifətindən ağır zədə aldığı üçün avrokubok görüşünü buraxacaq:

“Hazırda əməliyyata ehtiyac yoxdur. Bir neçə gün evdə yatmalıdır. Gələn həftə yenidən müayinə olunacaq, o vaxtadək dincəlməlidir. Əlbəttə, onun üçün psixoloji cəhətdən ağırdır. Çünki “Qarabağ”a qarşı oynamaq istəyirdi. Amma mümkün olmayacaq. Bir müddət maska ilə mübarizə aparmalı olacaq. Ümid edirik ki, ən qısa zamanda meydana qayıda biləcək”.

Qeyd edək ki, “Frayburq” Avropa Liqasında ilk oyununu sentyabrın 8-də evdə “Qarabağ”a qarşı keçirəcək. “Europe Park” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir