Siyasət

Rusiya və Ermənistan XİN rəhbərləri İrəvan və Bakı arasındakı sülh müqaviləsinin detallarını müzakirə ediblər

Sharing is caring!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada danışıqlar zamanı regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması üzrə gələcək addımları müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsi üzrə öhdəlik təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması kontekstində gələcək addımlar müzakirə edilib”, – deyə bazar ertəsi Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir