İdman

Azərbaycanın “Tank” ləqəbli idmançısı: “Məşhurlardan heç birini əzişdirmək istəmirəm”

Sharing is caring!

“Məşhur idmançılardan heç kimi əzişdirmək istəmirəm”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Tahir Abdullayev Bakı Dayaq Mərkəzində keçirilən mətbuat konfransında deyib.

“Tank” ləqəbli idmançı bildirib ki, konkret olaraq döyüşmək istədiyi xüsusi idmançı yoxdur:

“Bu ay BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən “UAE Warriors” turnirində döyüşüm olacaq. Sualınıza gəlincə, deyərdim ki, bir turnirdə idmançı ilə döyüşməliydim. O mənimlə döyüşmədi deyə, kəmər üçün mübarizəyə qatıla bilmədim. Buna görə çox təəssüflənirəm. Amma ümumilikdə məşhur idmançılardan hər hansısa birini əzişdirmək kimi bir istəyim yoxdur”.

O, uğura gedən yolda gənclərin nə etməli olduğunu bildirib:

“Səbirli olmaq lazımdır və məqsədin olmalıdır. Heç nəyə fikir vermədən məqsədə doğru irəliləmək lazımdır. Mən özüm də Moskvada doğulmuşam. İdmandan başqa, bizneslə də məşğul oluram”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir